Yuxarı

Erməni oğurluğu sübuta yetirildi – 57 illik fakt

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni oğurluğu sübuta yetirildi – 57 illik fakt

Erməni mənbələrinə əsasən erməni milli musiqi tarixinin əsasını qoyanlardan biri Aram Xaçaturyan bir çox hallarda məhz Azərbaycan xalq musiqisinə müraciət edib. O, musiqilərimizi emal edib, dəyişib və bundan sonra özünün “böyük” kompozisiyalarında istifadə edib.

Kult.az xəbər verir ki, bu barədə məşhur sovet musiqişünası Georgi Xubovun 1962-ci ildə yazılan “Aram Xaçaturyan – Monoqrafiya” adlı kitabında qeyd olunub.

Müəllif kitabın 434-cü səhifəsində yazıb ki, Xaçaturyan əsasən Azərbaycan, özbək, tacik və başqırdların musiqisindən istifadə edib:

“O, həmçinin türk musiqisini də mənimsəyib. Aramın anası bir çox Azərbaycan və gürcü mahnısı bilirdi və tez-tez oğlu üçün onları ifa edirdi. Xaçaturyan uşaqlığından Azərbaycan musiqisi ilə bürünüb. Bu təəssüratlar onun musiqi təfəkkürünün əsaslarını müəyyənləşdirdi və Aramın bəstəkar duyumunu inkişaf etdirməsinə imkan yaratdı”.

Aram Xaçaturyanın bəstələdiyi simfonik poemanın Azərbaycanın Tovuz rayonundan olan Aşıq Mirzənin yaradıcılığından götürülməsinə dair təsdiqlənmiş faktlar çoxdur.

Xubovun kitabının 112-ci səhifəsində yazılıb:

“1937-ci ildə bəstəkar tərəfindən istedadlı Azərbaycan aşığı Mirzənin sözlərinə yazılmış və təvazökarlıqla "Aşıq nəğməsi" adlandırılmışdır. Maraqlıdır ki, bu simfonik poemanın melodik xəttində və ritmik hərəkətin konturlarında Azərbaycan xalq musiqisinin, xüsusən də muğamların xarakterik melodiyalarını doğuran xüsusiyyətlər aydın şəkildə ortaya çıxır.

Oxucular Xaçaturun melodiyasını “Dügah dəstgahı” muğamının təsnifinin əvvəli ilə müqayisə etsələr, bundan əmin ola bilərlər”.

Sovet yazıçısı və ədəbiyyatşünası İrakli Andronikov da 1975-ci ildə dərc olunmuş “Seçilmiş əsərlər” kitabının ikinci cildində Xaçaturyanın öz yaradıcılığında Azərbaycan və gürcü musiqisindən istifadə etməsi faktını qeyd edib:

“Aram Xaçaturyanın “Qayane” baletində “Ləzginka” gürcülərindir, Azərbaycan ritmləri isə “Rəqs dəsti” və “Klarnet, skripka və fortepiano üçün trio”da müşahidə olunub. Azərbaycanın “Vağzalı”, “Uzundərə”, “Mirzəyi” və “Muşlu oğlan” kimi xalq mahnı və rəqslərini Aram Xaçaturyan ermənilərinki kimi qələmə verib”.

Tarix
2019.08.05 / 17:40
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Bu, Bakı ilə Brüsselin maraqlarını əks etdirir - Bəyanat

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

İlham Əliyev Koşta ilə birgə nahar etdi

Jelka Tsviyanoviç Azərbaycana gəldi

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Azər Əliyevə yeni vəzifə verildi

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçirilə bilər

Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi

Kərim Vəliyev serbiyalı generalla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla