Yuxarı

“Qız yükü”nün çəkilişi boyu problemlər olmuşdu”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qız yükü”nün çəkilişi boyu problemlər olmuşdu”

"Sözün kadrı" layihəsində

"Sözün kadrı" layihəsinin budəfəki qonağı yazıçı Sevinc Elsevərdir. Rejissor İntiqam Hacılı onun "Şəhər" romanının motivləri əsasında "Qız yükü" serialını çəkib.

Axar.az "Qız yükü" serialı haqda söhbəti təqdim edir:

– "Qız yükü" serialından razı qaldınızmı? Romanınızı ekranlaşdırmağı nə dərəcədə bacardılar?

– İntiqam Hacılı demişdi ki, "Şəhər" romanının motivlərindən istifadə edəcəklər. Bir var ekranlaşdırmaq, bir də var ssenarini hər hansı əsərin motivləri üzərində qurmaq. Ekranlaşdıranda əsər elə də dəyişikliyə uğramır. Hətta elə yazıçılar var ki, əsərlərinə qarşı çox tələbkar olur. Ən xırda dəyişikliyi qəbul etmir, rejissoru məhkəməyə belə verirlər. Məsələn, Drayzer "Amerika faciəsi" əsərini təhrif elədiyinə görə rejissoru məhkəməyə vermişdi. Mənsə, yazıçının rejissorun işinə qarışmasının tərəfdarı deyiləm. Ya çəkməyə icazə verəcəksən, azadlıq verəcəksən, ya da verməyəcəksən. Məsələn, Selincer əsərlərinin ekran həllini təsəvvür edə bilmədiyindən ekranlaşdırılmasını da istəməyib. Onsuz da, bir yazıçı həyatda olmayandan sonra özü gəlib onun əsərini ekranlaşdıran rejissorun işinə qarışa bilmir. Yazıçının məsuliyyəti əsəri yazıb bitirənə qədərdi.

– Bəs sizin əsəriniz ssenariləşdiriləndə sizlə məsləhətləşdilər? Təklif gələndə necə qiymətləndirdiniz?

– Serialın adına, ssenarisinə qarışmamışam. Amma müəyyən tənqidi fikirlərimi səsləndirmişəm. Bunları İntiqam bilir. Sadəcə, serialın çəkilişi boyu problemlər olmuşdu. Serialın əvvəlki ssenaristi "Şəhər" romanının motivlərindən çox uzaqlaşmışdı. Həmin ssenaristlə yaranan problem bütün serial boyu özünü göstərdi. Mən işin içindəydim, ona görə anlayışla qarşıladım. Məncə, İntiqam öhdəsindən gəldi.

– Əsərə görə sizə qonorar verildi?

– İntiqam mənim yaxın dostumdur. Əlimdən gələn mənəvi dəstəyi vermişəm. Uşaq rollarından birində qızım Nilufər oynayıb. Qonorar da almışam. Hətta Nilufərə də qonorar yazmışdılar. Qızıma qızıl boyunbağı aldım. Dedim ki, bu həyatda qazandığın ilk puldu, bu boyunbağı yadigar qalsın.

– Başqa hansısa əsərinizə film, ya da serial çəkmək təklif olunub?

– Keçən il "Anamın kitabı" müsabiqəsində qalib olan pyesim səhnəyə qoyulacaqdı. Teatrın direktoru ilə söhbətdə bayaq dediyim fikirləri ona da dedim: "Mən yazmaqla işimi bitirmişəm. Bundan sonrakı iş sizin üzərinizə düşür". Və heç maraqlanmıram ki, onlar orada nə iş görürlər. Mən rejissorların xoşuna gələ biləcək problemsiz yazıçıyam... Özüm də kinoşünasam. Kino işinin nə qədər mürəkkəb olduğunu bilirəm. Bəzən əsərdə elə bir hissə ola bilər ki, onun ekran və ya səhnə həllini vermək çətin, hətta mümkün olmasın. Bütün bunları başa düşürəm. Ədəbiyyatda olan azadlığın kino və teatrda olmadığını da bilirəm. Hər hansı romanın yeganə müəllifi yazıçıdır. Amma film, tamaşa belə deyil – bu, kollektiv işdir. Ən azı, istənilən rejissor prodüser və sponsordan asılıdır. Amma yazıçı azaddır.

– Bəs serial tamaşaçılar tərəfindən necə qarşılandı, hansı fikirləri eşitdiniz?

– Bu, İntiqamın ilk işi idi. Serial baxılırdı. Neçə dəfə reytinq cədvəlində birinci sırada oldu. Serialların da ən uğurlu cəhəti, demək olar, elə budur. Seriallar reklam bazarına, marketinqə işlədiyindən reytinq çox önəmli məsələdir. Reytinq də var idi. Bununla yanaşı, romanın ruhu da saxlanmışdı. Biz şəhər-kənd problemini, kənd qadınlarının həyatını, kənddən şəhərə gələn adamlar üçün şəhər həyatının çətinliyini görə bilirdik...

Tarix
2015.06.11 / 08:00
Müəllif
Nigar An
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla