Yuxarı

Rus ordusunun əməliyyatı: Bakı belə işğal edildi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ordusunun əməliyyatı: Bakı belə işğal edildi

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun 101-ci ildönümüdür.

Kult.az xatırladır ki, 1920-ci il 28 apreli Azərbaycan tarixində uzun müddət “Sovet hakimiyyətinin qurulması günü” kimi təbliğ edilsə də, əslində bu, Rusiya ordusunun Bakı əməliyyatı və Bakının işğal tarixidir.

Azərbaycan milli hökumətini devirmək üçün Sovet Rusiyası rəhbərliyinin göstərişi ilə XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanması Azərbaycana hücum əməliyyatı həyata keçirir. Bakı əməliyyatının planı Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının (AK(b)P) liderləri olan Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və İnqilabçı Hərbi Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanır.

Həmin ərəfədə Azərbaycanın milli ordusu Zəngəzur və Qarabağda erməni terrorçularına qarşı uğurlu hərbi əməliyyatlar həyata keçirirdilər. 2020-ci ilin martında ermənilər artıq təslim olduqlarını açıqlamış, ərazi iddialarından və qırğınlardan əl çəkmiş, danışıqlar üçün yalvarmağa başlamışdılar. Azərbaycan milli ordusunun 40 minlik qüvvələrindən 38 mini bu əməliyyatlara cəlb edildiyindən, ölkənin təhlükəsizliyini cəmi 2 minlik nizami ordu, şimal qapısını isə 300 nəfərlik könüllü dəstəsi qoruyurdu. Milli hökumət üzvlərindən bəzilərinin “əsas təhlükənin şimaldan” olması barədə xəbərdarlıqlara baxmayaraq, şimal sərhədlərindən hücumun qarşısının alınması və yaxud heç olmasa, rus ordusunun hücumunu əngəlləmək üçün dəmir yol xəttinin və körpülərin partladılması barədə qərar da vaxtında verilmədi.

Buna görə də XI Qırmızı Ordu zirehli qatarın iştirakı ilə Bakıya doğru ildırımsürətli hücum həyata keçirməyə nail oldu. Şimal qapısında müqavimət göstərən 300 nəfərlik, yalnız yüngül silahlarla silahlanmış dəstə ağır toplardan açılan atəşlə pərən-pərən salındıqdan sonra Bakıya qədər heç bir müqavimətlə üzləşməyən rus ordusu paytaxtda milli ordunun əsgərləri ilə toqquşdu.

Bakıda ermənilərin yeni üsyana qalxması, onlara bolşevik təşkilatına üzv olanların dəstək verməsi isə onsuz da az sayda olan milli ordunun müqavimətinin qısa müddətdə qırılmasına gətirib çıxartdı.

Bolşeviklər paytaxtın ən əhəmiyyətli obyektlərinə nəzarəti ələ keçirdikdən sonra Azərbaycan hökumətinə və parlamentinə ultimatum təqdim etdilər. Fövqəladə toplantıda Məclis hakimiyyəti Azərbaycan Kommunist Partiyasına vermək üçün səsvermə keçirdi.

AXC hökuməti və parlamentariləri göz yaşı içində hakimiyyəti bolşeviklərə verməyə məcbur oldu.

Hakimiyyət bolşeviklərə verilərkən müəyyən şərtlər də irəli sürülmüş, ölkənin suverenliyi və ərazi bütövlüyü, siyasi partiyaların sərbəst fəaliyyəti və s. öhdəlikləri bolşeviklər qəbul etmişdilər. Ancaq qısa müddətdə Azərbaycanın digər ərazilərində də nəzarəti zorla ələ keçirən bolşeviklər az sonra əslində bu hakimiyyətin “işğal hakimiyyəti” olduğunu təsdiqlədilər: Azərbaycanın Zəngəzur mahalı ermənilərə verildi, Qarabağda muxtar vilayət yaradıldı, siyasi fəaliyyət qadağan edildi və milli hökumət üzvlərinin repressiyası başladı. Milli hökumət üzvlərindən bəziləri ölkədən qaçmağa məcbur oldular.

Azərbaycanın şərti də olsa müstəqilliyi isə cəmi 2 ildən bir az artıq çəkdi. 1922-ci ildə SSRİ-nin qurulması ilə Azərbaycan dövlət müstəqilliyini də tam itirdi.

Azərbaycan bir də 1991-ci il 18 oktyabrda Müstəqilliyin Bərpası haqda Konstitusiya Aktını qəbul edərək, müstəqilliyini elan etdi.

Tarix
2021.04.28 / 12:49
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla