Yuxarı

Bakı konsertini ləğv edən müğənni təhdid edildi - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı konsertini ləğv edən müğənni təhdid edildi - Video

Bakıdakı konsertini ləğv edən Rza Tamer təhdid edildiyini bildirib.

Axar.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun iddiasına görə, Bakıda ləğv olunan konsertin keçiriləcəyi restoran Türkiyədə barəsində axtarış elan edilən və hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan qeyri-qanuni mütəşəkkil qruplaşmanın rəhbəri Sədat Pekərə “məxsus” olub:

“Sədat Pekərə sonsuz sayğılarımı bildirirəm. Sədat qardaş, bizim Turana əmək verən hər kəsə sonsuz hörmətimiz var. Bizə zəng edib Azərbaycanda ləğv etdiyim konsertin məkanının sənə aid olduğunu deyib, təhdid etdilər. Sədat qardaş, mən azərbaycanlılara heç bir hörmətsizlik etmədim. Getdik ora və mənə doğum günü əyləncəsi olacağını, 50 min dollar qarşılığında 2 mahnı ifa etməli olduğumu bildirdilər. Biz isə razılaşmadıq və oteli tərk etdik. Başqa oteldə də türk lirəsinin keçmədiyini gördükdən sonra Türkiyəyə qayıtdıq. Azərbaycan xalqına heç bir hörmətsizliyim yoxdur. Onlar başımın tacıdır.

Sədat qardaş, əgər bu işlə sənin əlaqən yoxdursa və sənin adından istifadə edirlərsə, bildirim ki, mən İstanbuldayam. 4 saat burada sizi gözləyəcəyəm, gəlin!”, - müğənni bildirib.

Qeyd edək ki, dünən “Bihter” restoranında konserti planlaşdırılan türkiyəli müğənni Rza Tamer konsertini ləğv edərək ölkəsinə qayıdıb. Səbəb kimi isə Türkiyə lirəsinin Azərbaycanda keçmədiyini göstərib.

Tarix
2025.08.01 / 10:55
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla