Yuxarı

Zülfiyyə Xanbabayeva üçün özəl gün - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zülfiyyə Xanbabayeva üçün özəl gün - Foto

Bu gün xalq artisti Zülfiyyə Xanbabayevanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, 49 yaşını qeyd edən müğənni təəssüratlarını bölüşüb. İfaçı ilk təbriki ailəsindən aldığını deyib:

"Bu günü dostlarım və ailəmlə qeyd edəcəyəm. Onların yanında böyük ad günü edəcəyik. İlk təbrikim doğma insanlardan oldu. Dünən gecədən güllərlə, hədiyyələrlə evimizi zəbt ediblər. Qızım Dəniz bu gün hədiyyəsini verəcək, öz əlləri ilə hazırlayıb".

Qeyd edək ki, Z.Xanbabayeva Bakı şəhərində anadan olub. Uşaqlıqdan incəsənətə marağı olan Z. Xanbabayeva babasını, nənəsini və qohumlarını bir yerə yığaraq onlar üçün kiçik "konsertlər" verib.

161 nömrəli məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra Z.Xanbabayeva İncəsənət İnstitutunun "Teatr rejissorluğu" fakültəsinə daxil olub. Zülfiyyə ilə bir kursda indi onun prodüsseri olan Nigar Hacızadə oxuyub. Məhz o 1987-ci ildə öz rəfiqəsini Brilliant Dadaşova ilə tanış edib. O, bəstəkar Cavanşir Quliyevə yeni addımlar atan müğənninin ifasına qulaq asmağı tövsiyə edib. İfaçı 1989-ci ildə "Bakı Payızı-88" musabiqəsində iştirak edir və Vaqif Gərayzadənin "Səni xatırlayarkən" mahnısını oxuyaraq finala çıxıb.

1994-cü ildə Vaqif Gərayzadənin "Aypara" qrupunda iştirak edib. Qrupdan ayrıldıqdan bir müddət sonra Z.Xanbabayeva solo karyerasına başlayıb. 2005-ci ildə "Canım məmləkətim " adı altında Azərbaycanın dilbər güşələrinə öz konsert proqramları ilə turneyə çıxıb.

Zülfiyyə Xanbabayevanın ilk evliliyi ötən əsrin 90-cı illərinə təsadüf edir. Müğənni Aydın adlı şəxslə ailə həyatı qurub. Sonradan ilk ailə həyatına rəsmi şəkildə son qoyan Z.Xanbabayeva uzun müddətdən sonra ikinci evliliyə imza atıb. O, Simurq futbol klubunun prezidenti Zaur Məmmədovla evlənib. Onların Dəniz adlı qızı var.

Tarix
2016.10.16 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla