Yuxarı

Səidə Sultanın prodüseri qətlə yetirildi - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səidə Sultanın prodüseri qətlə yetirildi - Foto

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Hamlet Elxan oğlu Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi, 26-cı Polis Bölməsi (PB) və rayon prokurorluğuna məlumat verilib. 26-cı PB-si əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində hadisənin üstünü "isti izlərlə" açmaq mümkün olub. Belə ki, cinayəti törətməkdə şübhəli bilinən Səbail rayon sakinləri Mirzəyev Yusif Cavanşir oğlu, Həsənov Sahib Telman oğlu və Şahbazov Fərid Çingiz oğlu saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir. Hadisənin təfərrüatları istintaq araşdırmalarından sonra məlum olacaq.

Qeyd edək ki, qətlə yetirilən H.Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.

Müğənni Səidə Sultan "Report"a açıqlamasında Hamlet Cahangirovun 2014-cü ilin iyun ayından bu ilin mart ayına qədər onun prodüseri işlədiyini bildirib: "İki ay əvvəl özü prodüserlikdən çıxdı. Sonra mənə zəng vurub dedi ki, yenə işləmək istəyirəm. Mən də dedim artıq başqa adamla işləyirəm. Lakin bugünlərdə konsertlə bağlı görüşəcəkdim, belə hadisə baş verdi..."

Tarix
2015.05.08 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla