Yuxarı

Flora Kərimova: 15-50 ərim olsa da... - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Flora Kərimova: 15-50 ərim olsa da... - Video

Xalq artisti Flora Kərimova həmkarı mərhum İlhamə Quliyeva haqqında qalmaqallı açıqlaması isə diqqət çəkib.

Kult.az xəbər verir ki, Flora Kərimova "ATV maqazin onlarla" verilişində bu sözləri deyib:

"Deyirdilər ki, yeddi əri var. Mən tabut dalınca getmişəm. Onu Allah yazıb, mən də yaşamışam. Ancaq bunu mənim üzümə şapallaq vuranda... Sənə bir ər də qismət olmadı. Millətim məni bağışlasın, ər məşuq deyil. Mənə deyirsən ki, yeddi dəfə ərə gedib. Mən ana, evimin xanımı, qulluqçusu olmuşam. Sənin payına nə düşdü? Sən övladın məktəbə gedəndə ac qalar deyə, nigaran qaldınmı? Təbii ki, yox. Allah ona bu xoşbəxtliyi rəva bilmədi. Sən də mənim dalımca danışırsan, ərlərimi sayırsan. Mən ər çörəyi yemişəm, 15-50 ərim olsa da. Əgər Allah çörəyimi kəsərsə, millətimin çörəyini yeyərəm. Küçə sərgüzəştlərinin çörəyini yemərəm".

Flora Kərimova "İlhamə xanım dünyasını dəyişəndən sonra da bağışlamadınızmı?" sualına isə "Sağlığında televiziyalarda gah məni, gah da qızımı tərifləyirdi. Mənimlə söhbətləşmək üçün adam göndərirdi. Bağışlamaq onun dediyi sözləri boynuna almaq deməkdir. Onu necə bağışlayım?! Mənəviyyatını tapdalamağa qoymayan insanlar qalibdirlər. Amma ifasını bəyənirdim. Onun mahnısını bir neçə nəfər oxudu, amma mənə heç yapışmadı. İfalarını yanğılı oxuyurdu. Doğrudan da yanırdı. Ancaq xasiyyəti xasiyyət deyildi. O hərdən elə oxuyurdu ki, adamın ürəyi ağrıyırdı", -deyə cavab verib.

Tarix
2021.02.14 / 19:03
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla