Yuxarı

2013-cü ildə evlənən, boşanan ünlülər

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il təkcə siyasi, iqtisadi və təbiət hadisələri ilə deyil, həm də səs-küylü toy və boşanmalarla yadda qaldı. Onları "Axar.az" oxucularına təqdim edirik.

Səfər Əbiyevin oğlu

Bu ilin noyabr ayının 3-də eks-nazir Səfər Əbiyevin kiçik oğlu Ramin Əbiyevin toy mərasimi keçirilib. Toy mərasimi "Buta Palace"da baş tutub.

İlhamə Quliyevanın oğlu

Aprelin 19-da Azərbaycanın xalq artisti İlhamə Quliyevanın yeganə oğlu Orxanın toyu olub. Sənətkarın xoş günündə dövlət və hökumət nümayəndələri, səfirlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, bir sözlə, tanınmış şəxslər iştirak edib. Bildirək ki, toydan ay yarım sonra, yəni iyunun 4-də cütlüyün oğlan övladları dünyaya gəlib.

"Toppuş bacı"

Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyevanın iyunun 3-də toyu olub. Az sonra isə aktrisa "biz artıq boşanmışıq", "bu evlilik saxta idi" kimi sözlər işlədərək boşandıqlarını etiraf edib.

Vizajist Nigar İbrahimova

Oktyabrın 31-də tanınmış vizajist, müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovanın toy mərasimi baş tutub. Xatırladaq ki, Ruslan adlı bəy artıq 1 dəfə evli olub və iki uşaq atasıdır.

Müğənni Xəyyam Xəlilov

Gənc müğənnilərimizdən "Qala" qrupunun solisti Xəyyam Xəlilov Mərziyə adlı qohumuyla nikah masasına oturub. Toy mərasimi oktyabrın 15-də baş tutub.

İfaçı Ayan Babakişiyeva

İfaçı Ayan Babakişiyeva da bu il ailə quranlar sırasındadır. İfaçının ailə qurub-qurmaması mətbuatda böyük səs-küyə səbəb oldu. Deyilənə görə, o, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevlə evlənib. Lakin hər ikisi bunu inkar edir. Gizlincə evlənən Ayan Babakişiyeva evli olduğunu etiraf edib, lakin həyat yoldaşının adını hələ ki açıqlamır.

Tarix
2013.12.31 / 14:05
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyəm

Azərbaycan və Pakistan XİN başçıları danışdı

150 milyon çinli turistin cəmi 1%-i Azərbaycana gəlsə... - Prezident

Elə mühit yaradır ki, sanki köhnə dostunuzla danışırsız - Prezident

Azərbaycan dəyişdi, amma prioritetlər yox - Prezident

Onların da dost olmasına ehtiyacımız var - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla