Yuxarı

Peyvənd vurdurmayan müğənni toy apara bilər?

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peyvənd vurdurmayan müğənni toy apara bilər?

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Onlardan biri də peyvənd olunmaqdır. Belə ki, 50 -150 nəfərin iştirakı ilə keçirilən toyda iştirak edən şəxsin vaksin pasportu olmalıdır. Bəs görəsən, COVİD-19 pasportu olmayan müğənni toy apara bilər?

Kult.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-a açıqlamasında peyvənd etdirməyən müğənninin toy apara bilməyəcəyini deyib.

"Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin ötən gün keçirdiyi monitorinqlərdə qayda pozuntusu müşahidə olunmadı. Toyda olan müğənnilərin vaksindən keçməməsi halına da rast gəlinmədi. Bu göstərir ki, müğənnilərin əksəriyyəti vaksinasiyadan keçib. Amma COVİD-19 pasportu olmayan müğənninin toy aparmasına icazə yoxdur.

İstər qapalı, istər açıq məkanlarda, istərsə də 50-150 nəfərin olduğu toy məkanlarda xidmət personalı, işçi heyətindən tam vaksinasiya, ya da avqustun 1-nə kimi ilk dozanın vurulması tələb edilir. Bu qaydaların qorunması ilə bağlı aidiyyəti qurumlar birgə nəzarət tədbirləri həyata keçirir", - E.Hacıyev bildirib.

Tarix
2021.07.02 / 15:19
Müəllif
Kult.az
Digər xəbərlər

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla