Yuxarı

Günay: “Başımı götürüb Türkiyədən qaçdım”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Günay: “Başımı götürüb Türkiyədən qaçdım”

Türkiyədə evdən bayıra çıxa bilmirəm. Başımı götürüb Türkiyədən qaçdım.

Axar.az xəbər verir ki, bu sözləri Axşam.az-a uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Azərbaycana gəlişi ilə bağlı sualları cavablandırarkən deyib.

Model bildirib ki, türk jurnalistlərin boşanması ilə bağlı verdiyi təkrar sualları cavablandırmaqdan bezib:

"Bir sənədə imza atmalıydım, ona görə də Bakıya gəldim. Türkiyədə evdən bayıra çıxa bilmirəm. Hər yerdə jurnalistlər var, suallar verirlər. Başımı götürüb Türkiyədən qaçdım. Bir az dincəlməyə gəldim. Şəxsi həyatım, boşanmağım mövzusunda danışmaq istəmirəm".

G.Musayeva keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel tərəfindən döyülməsinə də münasibət bildirib:

"Heç vaxt deməmişəm ki, fiziki şiddətə məruz qalmışam. Jurnalist mənə sual ünvanlayıb, öz istədiyi cavabı da yazıb. Mənim ağzımdan elə sözlər çıxmayıb".

Oğlu Cahangirdən danışan model növbəti gəlişində onu da Bakıya gətirəcəyini bildirib:

"Cahangir bir dəfə bura gəlib. Bunu mediadan gizlətmişəm. Növbəti dəfə gətirəcəyəm".

Model yeni bir türk serialına çəkiləcəyi barədə də danışıb:

"Bir neçə serial təklifi gəlib. İçində ən yaxşısını seçdim. Bu günə kimi ancaq mafiya, dedektiv filmlərində olmuşam. Bu dəfə eşq filmində olacağam. Bir çox ölkədə yayımlanacaq bir serialdır".

Azərbaycanda yayımlanacaq "Bu stil mənim" yarışmasının münsif kürsüsündə əyləşəcək G.Musayeva iştirakçılara da səslənib:

"İştirakçılara deyirəm ki, hazırlanıb gəlsinlər. Azərbaycan qızları çox gözəldirlər. Makiyajdan və aksesuardan çox istifadə edirlər. Öz yaşlarına uyğun davransınlar. Daha sadə, təbii və eyni zamanda da şık olsunlar".

Tarix
2015.10.03 / 13:02
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla