Yuxarı

MTRŞ Xoşqədəmlə bağlı qərarını açıqladı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ Xoşqədəmlə bağlı qərarını açıqladı

Milli Televiziya və Radio Şurası (MTRŞ) Xoşqədəm Hidayətqızının verilişlərinin ANS TV-nin efirinə qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov Report-a açıqlamasında deyib ki, veriliş cəza müddəti bitdikdən sonra efirə qayıda bilər:

"ANS-in "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" verilişləri konkret qanun pozuntularına görə dayandırılmışdı. Qanunda verilişi bir aylıq dayandırmaq səlahiyyətimiz var. Veriliş cəza müddəti bitdikdən sonra efirə qayıda bilər. Amma əvvəl yol verilmiş pozuntular təkrarlanmamalıdır. Kanalın verilişə cavabdeh olan şəxsləri bunu anlayırlar. Bununla belə, əvvəlki hallar davam edərsə, verilişə görə kanala qarşı görülə biləcək növbəti inzibati tənbeh tədbirləri davam edə bilər. Bu isə müsbət nəticələr verməz".

Şöbə müdiri bildirib ki, "Televiziya və radio yayımı haqqında" qanunun 23.2.8-ci maddəsinə görə, yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə, xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə teleradio yayımı sahəsində müvafiq dövlət orqanı, yəni MTRŞ qərar qəbul edə bilər.

"Yəqin ki, kanal əvvəlki formatda və həmin pozuntularla verilişi davam etməz və sonluq da belə olmaz", - şöbə müdiri əlavə edib.

Xatırladaq ki, MTRŞ-nın qərarı ilə ANS TV-də yayımlanan "Xoşqədəmlə axtarıram səni" və "Sən tək deyilsən" proqramları oktyabrın 5-dən etibarən bir ay müddətinə bağlanıb.

Tarix
2015.10.30 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla