Yuxarı

İfaçımız "Şərq təranələri"nin birincisi oldu - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Kult.az xəbər verir ki, bu nüfuzlu musiqi bayramında dünyanın 75 ölkəsindən 340 ifaçı iştirak edib.

UNESKO-nun Baş direktoru, xanım Odri Azule festivalın təntənəli bağlanış mərasimində laureatları təbrik edib, musiqiçilərə uğurlar arzulayıb. O deyib ki, mədəniyyətlər bir-birindən ayrı inkişaf edə bilməz. Musiqi festivalı da bu fikri təsdiqləyir.

Festivalın baş mükafatı - Qran-Prini Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Mexriniqor Abduraşidova alıb.

Azərbaycandan gələn gənc xanəndə Pərviz Qasımov və Qırğız Respublikasının “Komuzçular” dueti birinci mükafata layiq görülüb. Pərviz Qasımovu Azərbaycanın Əməkdar artisti Malik Mansurov (tar), Əməkdar artist Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.

İkinci mükafat Türkmənistan və Monqolustan nümayəndələrinə verilib.

Üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistan musiqiçiləri tutub.

Festivalın münsiflər heyətinin üzvləri arasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də olub.

Xatırladırıq ki, musiqi bayramının açılışında Özbəkistan Prezidenti Şövkət Mirziyayev, MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy, bir sıra ölkələrin mədəniyyət nazirləri və digər yüksək səviyyəli qonaqlar, Özbəkistan hökumətinin və parlamentinin üzvləri, səfirlər, habelə beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Festivalın açılışında, həmçinin Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da olub.

Qeyd edək ki, 1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə qazanıb. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.

Tarix
2019.08.31 / 21:44
Müəllif
Kult.az
Digər xəbərlər

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla