Yuxarı

Almaniya Rusiyanın NATO-ya qoşulmasına imkan vermədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya Rusiyanın NATO-ya qoşulmasına imkan vermədi

Avropa və xüsusilə Almaniya 1990-cı illərdə Rusiyanın NATO-ya daxil olmasının qəti əleyhinə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə "Der Şpigel” məlumat yayıb.

Nəşrin yazdığına görə, 1994-cü ildə Amerika Prezidenti Bill Klinton Rusiyanı NATO-ya qəbul etməyi ciddi şəkildə düşünürdü və o zaman Rusiyanın prezidenti olan Boris Yeltsinlə məsələni müzakirə edirdi.

Jurnal 1994-cü ildə NATO ölkələrinin keçmiş Varşava Müqaviləsi dövlətlərini alyansa qəbul etmək barədə fundamental qərar qəbul etdiyi vaxta aid məxfi sənədləri təhlil edib. Bu sənədlərə kansler Helmut Kolun Klintona məktubları, Moskva və Vaşinqtondakı alman diplomatların hesabatları, xarici işlər naziri Klaus Kinkelin rəsmi sənədləri daxildir.

Vurğulanıb ki, 1994-cü il yanvarın 15-də ABŞ dövlət katibinin müavini Strob Talbot NATO-nun Brüsseldəki mənzil-qərargahına gələrək alyans ölkələrinin toplanmış səfirlərini Klintonun mövqeyi barədə məlumatlandırıb:

"Amma indi mövcud olan sənədlər Klinton və Talbotun ciddi müqavimətlə üzləşdiyini göstərir. Klintona Kol hökumətinin başçılıq etdiyi avropalı müttəfiqləri də etiraz edirdi. Rusiyanın NATO-ya üzvlüyünə gəldikdə, Almaniya hökuməti "beton kimi sərt idi”.

Tarix
2025.08.25 / 09:21
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla