Yuxarı

Müharibəni başladan Saakaşvili idi - Kobaxidze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibəni başladan Saakaşvili idi - Kobaxidze

2008-ci ildə Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri saxtalaşdırılıb. Mixail Saakaşvili legitim prezident olmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlaması zamanı 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş vermiş silahlı münaqişənin başlanğıcı haqda danışarkən bildirib.

“Saakaşvili heç bir halda Gürcüstanı təmsil etmirdi. O, tam qeyri-legitim prezident idi. 2008-ci ildə saxtakarlıq yolu ilə qanunsuz şəkildə prezident oldu. 2008-ci ildə müharibəni kimin başlatdığı Avropa Şurasının qətnaməsində və Haydi Talyavinin (2008-ci il münaqişəsinin səbəblərini araşdıran beynəlxalq komissiyasının sədri, isveçrəli diplomat) hesabatında açıq şəkildə yazılıb. Müharibəni başladan Saakaşvili rejimi idi”, - Kobaxidze deyib.

Qeyd edək ki, 2008-ci ilin 8 avqustunda Gürcüstanın Cənubi Osetiyada həyata keçirdiyi əməliyyatlar nəticəsində Rusiya ilə 5 günlük müharibə başlamışdı. Müharibənin nəticəsi olaraq Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq onların ərazisində öz qoşunlarını yerləşdirmişdi.

Tarix
2025.09.02 / 07:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla