Yuxarı

Zelenski çağırış etdi: Kremlin cinayətlərini dayandırın!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski çağırış etdi: Kremlin cinayətlərini dayandırın!

Rusiyanın Ukraynaya gecə hücumu zamanı qətliam qəsdən törədilmiş cinayət və müharibənin uzanmasıdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın son gecə hücumları ilə bağlı deyib.

“800-dən çox pilotsuz təyyarə, 13 raket, o cümlədən dörd ballistik raket. Kiyevdə yaşayış binaları dağıdılıb. Hələlik iki nəfərin öldüyü məlumdur, onlardan biri uşaqdır. Zaporojyedə 20-dən çox ev və uşaq bağçasına ziyan dəyib. Krivoy Roqda ticarət anbarları dağılıb. Sum və Çerniqov vilayətlərində insanlar həlak olub. Odessada çoxmərtəbəli binada partlayış olub. Son 24 saat ərzində bir çox bölgə zərər çəkib”, - Zelenski bildirib.

Zelenski Qərbi Rusiyaya qarşı hərəkətə keçməyə çağırıb:

“Vaşinqtonda dəfələrlə deyilib ki, danışmaqdan imtinaya görə sanksiyalar olacaq. Biz Parisdə razılaşdırılmış hər şeyi həyata keçirməliyik. Həmçinin hava hücumundan müdafiəmizin gücləndirilməsi ilə bağlı bütün razılaşmaların həyata keçirilməsinə ümid edirik. Hər bir əlavə sistem mülki insanları bu çirkin hücumlardan xilas edir. Dünya Kremlin cinayətkarlarını öldürməyi dayandırmağa məcbur edə bilər, sadəcə siyasi iradə lazımdır”.

Tarix
2025.09.07 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla