Yuxarı

Almaniya kütləvi deportasiyaya hazırlaşır: Gizli danışıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya kütləvi deportasiyaya hazırlaşır: Gizli danışıq

Almaniya hökuməti Əfqanıstan vətəndaşlarının kütləvi deportasiyası üçün Talibanla gizli danışıqlar aparır və yeni mexanizm üzərində işləyir.

Axar.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi Əfqanıstan vətəndaşlarının yalnız çarter reysləri ilə deyil, adi sərnişin təyyarələri ilə də deportasiyasını planlaşdırır. Bu məqsədlə sentyabr ayında nazirlik nümayəndələri Qətərdə Talibanla görüş keçirib, yaxın zamanda isə rəsmi nümayəndə heyətinin birbaşa Kabilə göndərilməsi gözlənilir.

Danışıqlarda vasitəçi rolunu Qətər oynayır.

"Berlin hesab edir ki, deportasiyaya ehtiyac böyükdür: hazırda Almaniyada əfqan mənşəli təxminən 461 min nəfər yaşayır, onlardan 11,5 min nəfər deportasiya olunmalı şəxslər siyahısındadır.

2015–2024-cü illər arasında əfqanıstanlı şübhəlilərin iştirakı ilə 108 minə yaxın ağır cinayət hadisəsi qeydə alınıb. Bununla belə, Talibanın 2021-ci ildə hakimiyyətə gəlməsindən sonra yalnız iki deportasiya reysi həyata keçirilib – 2024 və 2025-ci illərdə.

Hökumət indi bu prosesi daimi mexanizmə çevirmək niyyətindədir", - nəşr bildirib.

Tarix
2025.09.14 / 15:36
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Diplomatların Cəbrayıl və Zəngilana 20-ci səfəri... - Video

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla