Yuxarı

Rusiyalı səfir Zəngəzurdan danışdı: Zaman göstərəcək...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı səfir Zəngəzurdan danışdı: Zaman göstərəcək...

Moskva və Ankara bölgədə sabitlik və rifah zonasının formalaşmasında maraqlıdır və təhlükəsizliyin təmin olunmasına, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir.

Axar.az xəbər verir ki, bu fikirləri Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov “Hürriyət” nəşrinə müsahibəsində deyib.

Yerxovun sözlərinə görə, hazırda Cənubi Qafqazda həm Rusiya, həm də Türkiyənin fəal və mühüm rol oynadığı mürəkkəb və ziddiyyətli proseslər gedir:

“Cənubi Qafqazda problemlərin həlli üçün əsas şərt regional sahibliyin təmin olunmasıdır, yəni qərarların region ölkələrinin özləri tərəfindən, yaxın qonşular olan Rusiya, Türkiyə və İranın dəstəyi ilə qəbul edilməsi və həyata keçirilməsi”.

Səfir bölgədə nəqliyyat yollarının açılması məsələsinin də bu kontekstdə mühüm rol oynadığını deyib. O bildirib ki, Zəngəzurdan keçəcəyi iddia olunan “Tramp yolu” da daxil olmaqla, bir çox ssenari və şayiələr mövcuddur:

“Hazırda müzakirə olunan ssenarilər və layihələrlə bağlı çoxlu sual işarəsi var. Kim nəyi, necə və nə vaxt edəcək - bunlar hələ bəlli deyil. Bundan başqa, Ermənistanın Avrasiya İqtisadi İttifaqının ortaq gömrük zonasında iştirakının bu ölkənin ərazisindən keçəcək tranzit yüklərə necə təsir edəcək, bu da ayrıca önəm daşıyır. Bütün bu sualların cavabı zamanla veriləcək”.

Tarix
2025.09.14 / 16:07
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla