Yuxarı

Səudiyyə və Pakistan arasında tarixi saziş: Birinə hücum olsa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyə və Pakistan arasında tarixi saziş: Birinə hücum olsa...

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı müdafiə sazişi imzalayıblar.

Axar.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə Şərifin krallığa səfərinin yekunlarına dair bəyanatda deyilir.

"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iki ölkənin regionda və dünyada təhlükəsizliyi gücləndirmək, sülh və firavanlığa nail olmaq səylərinin bir hissəsi olan birgə strateji müdafiə sazişi imzalayıblar", - məlumatda bildirilir.

Məlumata görə, saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın müxtəlif aspektlərini inkişaf etdirmək və istənilən təcavüzə qarşı qarşılıqlı çəkindirməni gücləndirmək məqsədi daşıyır.

"Müqavilə iki ölkədən birinə qarşı hər hansı təcavüzün hər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur", - sənəddə vurğulanır.

Tarix
2025.09.18 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur

Azərbaycan qatarı Ermənistanda - Video

Azərbaycanla ABŞ arasında mühüm iclas keçirildi

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik

Anar Əsədli: Artıq susmayacağam - Məhkəmə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla