Yuxarı

Misirdən təkzib: İsrail sərhədində ordu bunun üçün lazımdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirdən təkzib: İsrail sərhədində ordu bunun üçün lazımdır

Misir liderləri İsraillə sərhədə yaxın Sinay yarımadasında hərbi mövcudluğunu artırdıqları və hərbi infrastrukturu inkişaf etdirdikləri barədə xəbərləri təkzib edirlər.

Axar.az xəbər verir ki, bu barədə Misirin dövlət xəbər xidməti məlumat yayıb.

"Sinayda hərbi mövcudluq ilk növbədə Misirin sərhədlərini qorumaq, orada terror hücumlarının qarşısını almaq və qaçaqmalçılıq fəaliyyətlərini cilovlamaq üçün lazımdır. Misir İsraillə sülh sazişinin bütün müddəalarına sadiq qalır", - bəyanatda deyilib.

Qahirə Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsini qətiyyən qəbuledilməz hesab etdiyini və fələstinlilərin öz ərazilərindən çıxarılması planlarını bəyənmədiyini təkrarlayıb.

Qeyd edək ki, daha öncə “Axios” nəşri İsrailin Misirin hərbi mövcudluğunu artırmasından narahat olduğunu və bunun üçün ABŞ-dan Qahirəyə təzyiq göstərmək istədiyi haqda xəbər yayıb.

Tarix
2025.09.21 / 01:28
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla