Yuxarı

Fransa bazası üzərində də naməlum PUA-lar - Yenə Rusiya?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa bazası üzərində də naməlum PUA-lar - Yenə Rusiya?

Fransanın Mourmelon-le-Qrand hərbi bazası üzərində bir neçə naməlum pilotsuz təyyarə aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə “L'Union” qəzeti məlumat yayıb.

Bildirilir ki, dronların mənşəyi məlum deyil. Onlar sentyabrın 21-dən 22-nə keçən gecə baza üzərində uçub. Ölkənin Hərbi İnkişaf Departamenti (DMD) sonradan pilotsuz təyyarələrin hərbi baza üzərində olmasını təsdiqləyib.

"Bir neçə pilotsuz təyyarə uçuşu müşahidə edilib. Onları kimin həyata keçirdiyini indi deyə bilmərik, lakin bunun hərbçilər olmadığını bilirik", - idarə qeyd edib.

Nəşrin məlumatına görə, sözügedən qurğular “əhəmiyyətli dərəcədə böyük” olub. Bununla belə, DMD onların "kiçik dronlar" olduğunu iddia edir. Naməlum obyektlərin uçuşundan sonra bazada təhlükəsizlik tədbirləri gücləndirilib.

Marne Departamenti Prefekturası və Marne Departamentinin Jandarma İdarəsi bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Nəşr vurğulayır ki, pilotsuz təyyarələrdən istifadə mülki ərazidə, hətta daha ciddi şəkildə hərbi ərazilərdə tənzimlənir.

Tarix
2025.09.26 / 00:44
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla