Yuxarı

Qəzza iki yerə bölünür - Yeni planın təfərrüatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzza iki yerə bölünür - Yeni planın təfərrüatı

ABŞ və İsrail Qəzzanı İsrail və HƏMAS tərəfindən nəzarət olunan ayrı-ayrı zonalara bölən bir planı nəzərdən keçirirlər. Bu plana görə, bərpa işləri yalnız İsrail tərəfinə aid olan zonalarda həyata keçiriləcək və bu, HƏMAS tərk-silah edilənə və hakimiyyətdən uzaqlaşdırılana qədər müvəqqəti bir tədbir kimi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Prezident Trampın kürəkəni Cared Kuşner İsrailə səfərləri zamanı mövcud atəşkəsə əməl olunmasını təmin etmək üçün tərəfləri inandırmağa çalışaraq öz fikirlərini bölüşüblər.

Vensin sözlərinə görə, Qəzzada iki bölgə var: biri nisbətən təhlükəsiz, digəri isə olduqca təhlükəlidir və məqsəd təhlükəsiz zonanı coğrafi olaraq genişləndirməkdir.

Kuşnerin dediyinə görə isə bərpa üçün vəsait HƏMAS-ın nəzarətində qalan ərazilərə ayrılmayacaq və əsas diqqət təhlükəsiz zonanın gücləndirilməsinə yönəldiləcək.

“Hazırda İsrail Müdafiə Ordusunun nəzarət etdiyi ərazidə yeni Qəzzanın inşasına başlamaq imkanları nəzərdən keçirilir ki, Qəzzada yaşayan fələstinlilərə köçmək üçün yer, iş və yaşayış təmin edilsin”, - Kuşner bildirib.

Qeyd edək ki, hazırda İsrail öz qoşunlarını geri çəkib və anklavın ərazisinin təxminən 53%-nə nəzarət edir.

Tarix
2025.10.23 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla