Yuxarı

Gürcüstandan rekord sayda əcnəbi deport edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstandan rekord sayda əcnəbi deport edildi

2025-ci ildə Gürcüstandan rekord sayda əcnəbi deportasiya olunub.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytındakı materiallara görə, Gürcüstan hökuməti ötən il ölkədən 1311 xarici vətəndaşı deportasiya edib.

Deportasiya edilən əcnəbilərin əksəri Hindistan vətəndaşıdır. Keçən il Gürcüstandan 269 Hindistan vətəndaşı deport olunub.

Deportasiya edilən əcnəbilərin sayına görə Türkiyə 176 nəfərlə ikinci, İran isə 157 nəfərlə üçüncü yerdədir.

2025-ci ildə Gürcüstandan 39 Azərbaycan, 26 Ermənistan və 73 Rusiya vətəndaşı da deportasiya olunub.

Əcnəbilər qanuni qalma müddətinin bitməsindən sonra ölkədə qalmaları, Gürcüstan qanunlarını pozmaları və sığınacaq verilməsinin rədd edilməsi kimi səbəblərə görə deportasiya ediliblər. Əksər əcnəbilər üçün Gürcüstanda qanuni qalma müddəti bir ildir.

Qeyd edək ki, Gürcüstandan xarici ölkə vətəndaşlarının deportasiyası 2026-cı ilin ilk ayında da davam edib. Belə ki, cari ilin yanvar ayında 216 nəfər xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya olunub.

Tarix
2026.02.01 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla