Yuxarı

Rusiyanın Ukraynanı məğlub edə bilməməsinin 3 səbəbi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Ukraynanı məğlub edə bilməməsinin 3 səbəbi

Kreml rəhbəri Vladimir Putin üçün müharibənin 1418-ci günü (11 yanvar) ən alçaldıcı “yubiley” oldu. Alman-sovet müharibəsi məhz bu qədər davam etmişdi, lakin bu müddətdə Rusiya ordusu Ukraynanın hətta beşdə birini belə ələ keçirə bilməyib.

Axar.az xəbər verir ki, bu barədə 36 illik təcrübəyə malik hərbi analitik, silah sistemləri üzrə ekspert, Kazimir Pulaski Fondunun tədqiqat direktoru Ruben Conson “19FortyFive” üçün yazdığı məqalədə bildirib.

O qeyd edib ki, Putinin yeganə ümidi odur ki, blef və şantaj yolu ilə Qərbi Kiyevi ədalətsiz sülh sazişinə məcbur etməyə inandırsın və Moskva güc yolu ilə ala bilmədiyi əraziləri bu yolla əldə etsin.

Ümumilikdə Rusiyanın qalib gələ bilməməsinin üç səbəbi var.

1. Total korrupsiya

2011-ci ildən etibarən Rusiya ordusunun modernləşdirilməsinə yüz milyardlarla dollar ayrılıb, lakin vəsaitin böyük hissəsi Müdafiə Nazirliyi daxilindəki qruplar tərəfindən mənimsənilib. Vəd edilən 70% yeni texnika əvəzinə qoşunlara nasaz və köhnəlmiş avadanlıq verilib.

Korrupsiya hətta əsas təminata da sirayət edib: işğalın əvvəlində yanacaq və quru ərzaq paketləri qara bazarda satılıb, nəticədə Kiyevə doğru hərəkət edən kolonlar döyüşsüz dayanmalı olub.

2. Logistika və təminatın çökməsi

Rusiya şəxsi heyətin sayını qorumaqda, sursat ehtiyatlarını təmin etməkdə və texnikanın saz vəziyyətdə saxlanılmasında artan çətinliklərlə üzləşir. Buradan çıxan əsas nəticə odur ki, müdafiə sektoruna onilliklər boyu laqeyd yanaşmanı qısa müddətdə aradan qaldırmaq mümkün deyil. Məhz bu problemləri həll edə bilməməsi Moskvanın hərbi maşınını ləngidir və kampaniyanı tükənmə müharibəsinə çevirir.

3. İmperiya təkəbbürü və Ukraynanı ciddiyə almamaq

RUSİ (Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu) ekspertlərinin fikrincə, müharibə Putin üçün strateji fəlakətə çevrilib:

“Ruslar özlərini nə qədər şişirtdilərsə, ukraynalıları da bir o qədər aşağı qiymətləndirdilər. Onlar ukraynalıların daha zəif və bacarıqsız xalq olduğu düşüncəsinə inanırdılar. Bu baxış irqçilik, şovinizm və imperializmə əsaslanırdı. Daha zəif və korrupsiyaya batmış rəqib barədə təsəvvür qısa və kəskin toqquşmanın kifayət edəcəyinə inam yaratmışdı”.

Bildirilir ki, bu uğursuzluqlar müharibənin əvvəlindən bəri aradan qaldırılmayıb, əksinə bir çox hallarda daha da dərinləşib.

Ekspertlərin fikrincə, Qərb Rusiyanın “məğlubedilməzliyi” mifinə inanmağı dayandırmalıdır. Sülhə aparan yeganə yol Ukraynaya dəstəyin gücləndirilməsi və Moskvanın gələcək aqressiyasını cilovlamaq üçün NATO qoşunlarının “sığorta mexanizmi” kimi yerləşdirilməsidir.

Tarix
2026.02.17 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır - Foto

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla