Yuxarı

Rusiya niyə İranı qoruya bilmir? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya niyə İranı qoruya bilmir? - Ekspert

Rusiya ilə İran arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir, lakin bu, klassik müttəfiqlik demək deyil. Müttəfiqlik qarşılıqlı hərbi öhdəlikləri nəzərdə tutur. İranla imzalanmış Strateji Tərəfdaşlıq sənədində isə birbaşa hərbi yardım maddəsi yoxdur. Sadəcə qeyd olunur ki, tərəflərdən birinə təcavüz olarsa, həmin təcavüzkar ölkə ilə əməkdaşlıq edilməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov Rusiya-İran münasibətlərini və Moskvanın regiondakı imkanlarını şərh edərkən deyib.

Onun sözlərinə görə , Rusiya ənənəvi olaraq tərəfdaşlarını iki əsas vasitə ilə dəstəkləyirdi:

“Biri BMT Təhlükəsizlik Şurasındakı daimi üzvlüyü və veto hüququ, digəri isə birbaşa hərbi yardım və müdaxilə idi. Lakin hazırda beynəlxalq münasibətlər sistemi iflic vəziyyətdədir və Təhlükəsizlik Şurasının qətnamələri real təsir gücünü itirib. Digər tərəfdən, Ukrayna müharibəsi şəraitində Moskva hərbi resurslarını öz ehtiyacları üçün saxlayır.

Bundan əlavə, Rusiya əvvəllər diplomatik vasitəçi kimi də çıxış edirdi. Ancaq son illərdə Yaxın Şərqdə mövqeləri zəifləyib və artıq ona vasitəçilik üçün müraciətlər də olunmur. Bu baxımdan, İranla bağlı proseslərdə və ümumiyyətlə Yaxın Şərqdə gedən hadisələrdə Rusiyanın ciddi rol oynayacağı inandırıcı görünmür”.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Tarix
2026.03.02 / 15:52
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Bayramov Küveyt XİN başçısı ilə danışdı

AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq

İlham Əliyev Aleksey Overçuku qəbul etdi - Foto

Gərginlik: Bayramov Bəhreynin XİN başçısı ilə danışdı

Bu ərəb ölkəsi İranı hədələdi: Cavabsız qala bilməz!

Britaniya onu Azərbaycana səfir göndərir

Bayramov Fidanla danışdı: Regional eskalasiya...

İranı nə gözləyir: Rejim dəyişikliyi, yoxsa “yumşalma”?

İran müharibəsi: Bayramov Kallasla danışdı

İran xarici tələbələrin ölkədən çıxmasına icazə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla