Yuxarı

AFFA "Neftçi"ni 23 000 manat cərimələdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA "Neftçi"ni 23 000 manat cərimələdi

AFFA İntizam Komitəsi "Neftçi"ni 23 000 manat cərimələyib.

Axar.az xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilib.

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" – "Turan Tovuz" oyununda azarkeşlərinin təhqiredici pankart açmasına görə Bakı klub 15 000 manat cərimələnib. Həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8 000 manat cərimə olunub.

Bundan başqa, turun "Şamaxı" – "İmişli" oyununda qonaqların heyətində 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb.

Eyni aqibəti "Kəpəz" komandası da yaşayıb. Gəncə klubundan 4 oyunçu "Zirə" ilə matçda sarı vərəqə alması səbəbindən klub 700 manat ödəməli olacaq.

Tarix
2026.03.11 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Migel Angel Moratinos Azərbaycanda səfərdədir

İranda quru əməliyyatı olacaq: Bu ada işğal ediləcək!

Antonio Koşta Azərbaycana gəldi

Həmid Herisçi İran agentinin hücumuna məruz qaldı...

Putindən Əliyevə zəng: Yaxın Şərqdə hərbi əməliyyatlar...

Putin İlham Əliyevə zəng etdi - Yeniləndi

İrandan ölkəmizə təxliyə edilən vətəndaşların sayı...

Müctəba Xamenei sağdırmı? - Fakt və müəmma

Naxçıvana hücum: Sudan lideri Əliyevə məktub ünvanladı

İranı hansı aqibət gözləyir? – Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla