Yuxarı

ABŞ kəşfiyyatı Munirlə bağlı Trampı xəbərdar etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ kəşfiyyatı Munirlə bağlı Trampı xəbərdar etdi

ABŞ kəşfiyyatı Tramp administrasiyasını Pakistan Silahlı Qüvvələrinin baş komandanı Asim Munirin Vaşinqtonun Yaxın Şərqdəki maraqlarına təhdid yarada biləcəyi barədə xəbərdar edib.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

Bildirilib ki, Munir İranın yüksək hərbi rəhbərliyi, o cümlədən SEPAH-ın keçmiş komandirləri Qasım Süleymani və Hüseyn Salami ilə şəxsi əlaqələri olduğundan şübhəli bilinir. Bu isə ABŞ-ın İranla hərbi qarşıdurmada iştirak etdiyi şəraitdə potensial təhlükə yarada bilər.

Ağ Evə göndərilən hesabatda iddia edilir ki, pakistanlı hərbçi Yaxın Şərqdəki vəziyyətin həllində ikiüzlü rol oynayır. Sənəddə İslamabadın Tehranla sıx əlaqələrinə görə Pakistan Vaşinqtonun etibarsız müttəfiqi adlandırılır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Asim Munirin İslamabadda keçirilən ABŞ-İran danışıqlarının ilk raundunun təşkilindəki səylərini yüksək qiymətləndirmişdi.

Tarix
2026.04.20 / 18:19
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla