Yuxarı

Bu məsələ Çinlə ABŞ arasında qarşıdurmaya səbəb ola bilər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məsələ Çinlə ABŞ arasında qarşıdurmaya səbəb ola bilər...

Tayvan məsələsinin düzgün həll olunmaması Pekinlə Vaşinqton arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu barədə Çin Sədri Si Szinpin ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı deyib.

O, Tayvan problemini Çin-ABŞ münasibətlərində ən mühüm məsələ adlandırıb:

“Əgər Tayvan məsələsi düzgün şəkildə həll olunarsa, iki ölkə arasındakı münasibətlər ümumi sabitliyi qoruyub saxlaya bilər. Əks halda, dövlətlər qarşıdurma və hətta münaqişə ilə üz-üzə qala bilər”.

Onun sözlərinə görə, bu halda Çinlə ABŞ arasındakı bütün münasibətlər sistemi ciddi təhlükə altına düşəcək.

Çin sədri əlavə edib ki, Tayvanın “müstəqilliyi” ideyası ilə regionda sabitlik bir-birinə zidd anlayışlardır:

“Tayvan boğazında sabitliyin qorunması ABŞ-Çin münasibətləri üçün əsas amillərdən biridir”.

Tarix
2026.05.14 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla