Yuxarı

Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər...

Qlobal demoqrafik strukturda böyük dəyişiklik gözlənilir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər 65 yaş və üzəri əhalinin sayı gənc əhalini ötəcək və yaşlıların sayı 5 yaşdan kiçik uşaqların sayından iki dəfə çox olacaq.

Birləşmiş Millətlər Təşkilatının bu proqnozları dünya üzrə yaşlı əhali ilə bağlı siyasətlərin və sosial dəstək sistemlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Xüsusilə Asiya və Avropa ölkələri yaşlanan əhali problemi ilə mübarizə aparmağa çalışır.

BMT-nin son hesablamalarına görə, dünya əhalisi 2030-cu ildə təxminən 8,5 milyarda, 2050-ci ildə isə 9,7 milyarda çatacaq. 2100-cü ildə isə bu rəqəmin 10,4 milyard olacağı proqnozlaşdırılır.

Məlumata görə, 2030-cu ildə qlobal miqyasda 65 yaş və üzəri insanların sayı 15-24 yaş arası gənclərin sayını keçəcək. Eyni zamanda yaşlı əhali 5 yaşdan aşağı uşaqların sayından iki dəfə çox olacaq.

Araşdırmalara əsasən, dünyada 65 yaş və üzəri insanların sayı 2050-ci ildə iki dəfədən çox artaraq 1,6 milyarda çatacaq. Bu baş verərsə, yaşlılar dünya əhalisinin 16 faizindən çoxunu təşkil edəcək.

BMT-nin 2023 Dünya Sosial Hesabatına görə, dünyanın ən yaşlı əhalisi Asiya və Avropada yaşayır. Əhalisinin 30 faizi 65 yaşdan yuxarı olan Yaponiya siyahıya başçılıq edir. İtaliya 23 faizlə ikinci yerdədir. Finlandiya, Portuqaliya və Yunanıstanda isə yaşlı əhalinin payı təxminən 22 faizdir.

Digər tərəfdən, Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi və Cənubi Koreyada yaşlı əhalinin payının gələcəkdə 40 faizə çataraq Yaponiyanı keçəcəyi düşünülür.

Mütəxəssislər bildirirlər ki, inkişaf etməkdə olan ölkələrdə əhalinin qocalması inkişaf etmiş ölkələrlə müqayisədə daha sürətlə gedir. 2050-ci ilə qədər yaşlı əhalinin böyük hissəsinin inkişaf etməkdə olan ölkələrdə yaşayacağı gözlənilir.

BMT yaşlı insanların ehtiyaclarına uyğun səhiyyə, sosial xidmət və baxım sistemlərinin gücləndirilməsinə çağırış edir. Xüsusilə demensiya kimi xəstəliklərdən əziyyət çəkən yaşlılara dəstəyin artırılmasının vacibliyi vurğulanır.

Tarix
2026.05.21 / 21:09
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

Qazaxıstandan AZAL qəzası ilə bağlı vacib açıqlama

WUF13-ün dördüncü günü: Nələr müzakirə olundu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla