Yuxarı

Seçki nəticəsi yeniləndi, "Ermənistan" çiçəklənmədi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seçki nəticəsi yeniləndi, "Ermənistan" çiçəklənmədi...

2026.06.07. 23:24

Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan ötən gün baş tutan parlament seçkilərinin nəticələrini elan edib.

Axar.az xəbər verir ki, o, ümumilikdə Ermənistanda 2 milyon 507 min 216 seçici olduğunu, seçkilərdə 1 milyon 477 736 (58.94%) nəfərin iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, etibarsız bülletenlərin sayı 17.097-dir.

MSK sədri bundan əvvəl elan olunandan fərqli olaraq, Çiçəklənən Ermənistan Partiyasının (Qagik Çarukyan) 4%-lik baryeri keçmədiyini və mandat qazanmadığını da vurğulayıb.

Son nəticə belədir:

Mülki Müqavilə (Nikol Paşinyanın partiyası) - 49.825%

Güclü Ermənistan (Rusiyalı oliqarx Samvel Karapetyanın partiyası) - 23.281%

"Ermənistan" bloku (Robert Köçəryan) - 9,934%

Çiçəklənən Ermənistan (Qagik Çarukyanın partiyası) - 3,996%.

Qeyd edək ki, Ermənistanda 7 iyunda baş tutan parlament seçkilərində 18 siyasi qurum (16 partiya və iki blok) iştirak edib.

Tarix
2026.06.08 / 12:12
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla