Yuxarı

Paşinyan təkbaşına hökumət quracaq, ancaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan təkbaşına hökumət quracaq, ancaq...

12:06

Çiçəklənən Ermənistan Partiyası 3.996 fais səs toplamaqla seçki həddini keçə və parlamentə düşə bilməyib.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Arpine Ovannisyan Mərkəzi Seçki Komissiyasının yenilənmiş məlumatlarına istinadla deyib.

“Mərkəzi Seçki Komissiyası ilkin seçki nəticələrini dərc edib. Nəticədə Çiçəklənən Ermənistan Partiyası seçki həddini keçməyib. Qətnamələrin tətbiqindən sonra (milli azlıqlara mandatların və səslərin paylanması) parlamentdə mandatların paylanması aşağıdakı kimi olacaq:

Mülki Müqavilə Partiyası - 64 mandat,

Güclü Ermənistan Partiyası - 29 mandat,

“Ermənistan” bloku - 12 mandat.

Beləliklə, Mülki Müqavilə Partiyası təkbaşına hökuməti formalaşdırır və baş naziri seçir. Bununla da parlamentdəki deputatların ümumi sayının beşdə üçünü (3/5) təmin edir və bu da ona konstitusiya qanunlarını qəbul etməyə və bir sıra mühüm vəzifəli şəxsləri seçməyə imkan verir. Lakin o, deputatların ümumi sayının üçdə ikisinin dəstəyini ala bilmir və buna görə də Konstitusiyaya dəyişiklik etmək üçün lazım olan konstitusiya çoxluğuna malik olmur. Bunun üçün Paşinyanın 6 səsi çatmır”, - Ovannisyan bildirib.

Qeyd edək ki, Ermənistan parlamenti 105 deputatdan formalaşır.

Tarix
2026.06.08 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla