Yuxarı

Putindən miqrantlarla bağlı mühüm qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən miqrantlarla bağlı mühüm qərar

Rusiya Prezidenti Vladimir Putin qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi üçün əlavə tədbirləri nəzərdə tutan qanunu imzalayıb.

Axar.az xəbər verir ki, sənədə əsasən, miqrantların Rusiyaya daxil olduqdan sonra məcburi tibbi müayinədən keçmələri üçün nəzərdə tutulan müddət 90 gündən 30 günədək azaldılır. Bundan əlavə, ölkədə 30 gündən artıq qalan əcnəbi vətəndaşlar hər il tibbi müayinədən keçməli olacaqlar. Bu müayinə təhlükəli yoluxucu xəstəliklərin, HİV infeksiyasının, eləcə də narkotik maddələrdən istifadə faktlarının olmadığını təsdiqləmək üçün tələb olunur.

Tibbi müayinənin xərcləri miqrantların özləri və ya onların işəgötürənləri tərəfindən ödəniləcək. Qanun həmçinin tibbi müayinələrin təşkilində vasitəçiliyi qadağan edir. Bu fəaliyyətlə yalnız səlahiyyətli tibb müəssisələri məşğul ola biləcəklər.

İcbari tibbi müayinə müvəqqəti yaşama icazəsinin və iş icazəsinin alınması, eləcə də patentin yenidən rəsmiləşdirilməsi üçün məcburi şərt olacaq.

Qanun 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Rusiya miqrantlar üçün yaşayış və iş izni ilə bağlı rüsumları da kəskin artırıb.

Tarix
2026.06.10 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla