Yuxarı

Kreml Lukaşenkoya təzyiq edir: Ukraynaya qarşı yeni cəbhə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml Lukaşenkoya təzyiq edir: Ukraynaya qarşı yeni cəbhə

Rusiya Belarus Prezidenti Aleksandr Lukaşenkoya təzyiqi artıraraq, ondan Ukraynaya qarşı yeni cəbhə açmaq üçün ölkə ərazisini istifadəyə verməsini tələb edib. Kreml Belarusdan NATO ölkələrinə qarşı kütləvi PUA hücumu və hibrid əməliyyatlar üçün istifadə etməyi düşünür.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbəyə istinadla məlumat yayıb.

“Minskə təzyiq bu ilin əvvəlindən bəri davam edir. Kreml Donbasda Rusiyanın hücumunun yavaşlaması səbəbindən təhlükəli eskalasiyanı nəzərdən keçirir və Putinin yeni gərginlik nöqtələrinə ehtiyacı var. Belarus ərazisi isə bunlar üçün lazımdır: Ukrayna ərazilərinə davamlı olaraq PUA buraxılması, cəbhə xəttinin Ukraynanın qərb bölgələrinə doğru genişləndirilməsi, Ukrayna qüvvələrinin ehtiyat hissələrinin şərq cəbhəsindəki kritik istiqamətlərdən yayındırılması.

Belarus alyansın qonşu ölkələrinə qarşı təxribatlar üçün istifadə edilə bilər. Rusiya Ukraynaya dəstəyi sarsıtmaq və NATO-nun reaksiyasını sınamaq istəyir. Ötən yay Rusiya dronları artıq Polşa hava məkanına daxil olub. İndi bu cür əməliyyatlar sistemli hala gələ bilər”, - məlumatda deyilib.

Tarix
2026.06.24 / 11:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla