Yuxarı

Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi

Rusiyada “Ptaxa” ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı reper David Nuriyev narkotik təbliğatı ilə bağlı iş üzrə məhkəmə qarşısına çıxıb.

Axar.az Axşam.az-a istinadən xəbər verir ki, Moskvanın Nikulin məhkəməsi reperi internetdə narkotik təbliğatı ilə bağlı inzibati iş üzrə 80 min rubl (təxminən 1754 manat) məbləğində cərimələyib.

Bildirilib ki, musiqiçi Rusiya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib. İşin səbəbi onun "VKontakte" sosial şəbəkəsində yayımlanan trekləri olub.

Məhkəmə iclasında iştirak edən ifaçı ittihamları qəbul etməyib. O bildirib ki, mahnıların müəllifi olsa da, onları sosial şəbəkədə özü paylaşmayıb. Reper qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, reper daha əvvəl onun barəsində açılan işə münasibət bildirərək, bunu yaradıcılıq və fikirlərinə qarşı təzyiq cəhdi kimi qiymətləndirmişdi.

Tarix
2026.07.17 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər dənizi Albaniya böyüklüyündə ərazi itirib - Foto

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla