Yuxarı

Çinin bu türk ölkəsi ilə ticarət dövriyyəsi 49 milyarda çatır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinin bu türk ölkəsi ilə ticarət dövriyyəsi 49 milyarda çatır

Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Şanxayda Çin Xalq Respublikasının Sədri Si Szinpin ilə danışıqlar aparıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, söhbət zamanı Qasım-Jomart Tokayev Si Szinpini Çin Kommunist Partiyasının yaradılmasının 105 illiyi münasibətilə təbrik edib və Astananın Pekin ilə əbədi strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsində daim maraqlı olduğunu vurğulayıb.

Dövlət başçısı ÇXR-nin beynəlxalq aləmdəki yüksək nüfuzunu qeyd edib və Çin rəhbərliyinin nəcib təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.

Tərəflər ticari-iqtisadi əməkdaşlığa xüsusi diqqət yetiriblər. Qeyd edilib ki, Çin Qazaxıstanın ən böyük ticarət tərəfdaşı statusunu möhkəm qoruyub saxlayır və ötən il ikitərəfli ticarət dövriyyəsi 49 milyard dollara çatıb. Bu günə qədər ÇXR Qazaxıstan iqtisadiyyatına 30 milyard dollar sərmayə qoyub, respublikada isə 8500-dən çox Çin şirkəti uğurla fəaliyyət göstərir. Sənaye, energetika, qaz kimyası, maşınqayırma və kənd təsərrüfatı sahələrində böyük birgə layihələr həyata keçirilir.

Tarix
2026.07.16 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla