Şahbaz Şərif bu türk ölkəsinə gedir
10:02
| Ana səhifə Planet |
|
2026.07.16. 17:17
Küveyt Hava Hücumundan Müdafiə Qüvvələri İrandan gələn dron hücumunun qarşısını almağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə Küveyt ordusu məlumat yayıb.
Eşidilən partlayış səslərinin havada zərərsizləşdirilən dronlardan qaynaqlandığı bildirilib.
Qeyd edək ki, bundan əvvəl SEPAH Küveytdə ABŞ-ın Əli əl-Səlim bazasında erkən xəbərdarlıq sistemlərinin və peyk kommunikasiya mərkəzinin məhv edildiyini bildirib.
***
Küveyt hava hücumundan müdafiə qüvvələri 16 iyul səhər saatlarından bəri İrandan atılan 32 dronu ələ keçirərək məhv edib.
Bu barədə Küveyt Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud əl-Ətvan deyib.
Onun sözlərinə görə, dron qalıqlarının yerə düşməsi nəticəsində bir neçə yaşayış məntəqəsinə ziyan dəyib.
|
Tarix
2026.07.17 / 00:24
|
Müəllif
Axar.az
|