Yuxarı

Rusiya Ukraynanın üç vilayətinə zərbə endirdi: ölənlər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ukraynanın üç vilayətinə zərbə endirdi: ölənlər var

Rusiya ordusu Ukraynanın Xarkov, Dnepropetrovsk və Çerniqov vilayətlərinə zərbələr endirib, nəticədə 4 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının nümayəndələri məlumat veriblər.

Hakimiyyət orqanlarının məlumatına görə, ötən sutka ərzində Rusiya qoşunları reaktiv yaylım atəşi sistemləri, raketlər, idarəolunan aviabombalar və müxtəlif növ pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə zərbələr endiriblər.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Xarkov və vilayətin daha 18 yaşayış məntəqəsi hücumlara məruz qalıb. Zərbələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bundan əlavə, Rusiya PUA-sı Çerniqovda inzibati binaya zərə endirib. Şəhər şurasının məlumatına görə, binanın konstruktiv elementləri qismən dağılıb, yanğın baş verib. Bir nəfər xəsarət alıb.

Öz növbəsində, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya vilayətin 2 rayonuna pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Zərbələr nəticəsində 2 nəfər ölüb, həmçinin mülki infrastruktura ziyan dəyib.

Tarix
2026.07.21 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə razılığa gəldik, mühüm siqnaldır - Merz

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General

Böyük müharibələrin təsirinə məruz qalmışıq - Merz

Prezident Berlində AB ilə əlaqələrdən danışdı

Prezident Almaniya kanslerini Azərbaycana dəvət etdi

Almaniya və Azərbaycan arasında sənəd imzalandı

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevlə Merz təkbətək görüşdü

Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla