Yuxarı

Piterdə polkovniki partladan qadın Türkiyəyə qaçıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Piterdə polkovniki partladan qadın Türkiyəyə qaçıb

Sankt-Peterburqda Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantının avtomobilinin partladılmasında 24 yaşlı rusiyalı qadın şübhəli bilinir.

Axar.az xəbər verir ki, bu barədə “Fontanka” saytı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, şübhəli ilə bir nçə ay əvvəl Ukrayna ordusunun nümayəndələri görüşüblər. Ona bombanı avtomobilə yerləşdirmək və Rusiyadan Ukraynaya getmək təklif olunub.

Bildirilib ki, şübhəli şəxs Sankt-Peterburq sakini olmayıb. O, başqa şəhərdən gələrək, avqustun 26-da axşam bombanı yerləşdirib. Səhər isə Türkiyəyə uçub.

FTX əməkdaşları onun şəxsiyyətini müəyyən edib və Türkiyə hakimiyyəti ilə əlaqə saxlayıblar. Məlum olub ki, qadın artıq Moldovadadır.

Qeyd edək ki, Sankt-Peterburqun Slavyansk mikrorayonunda minik avtomobilində partlayış baş vermişdi. Partlayış nəticəsində rusiyalı polkovnik-leytenant ölmüş, həyat yoldaşı isə yaralanmışdı.

Tarix
2026.08.28 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla