Yuxarı

Bu ölkədə Ermənistan konyakına qadağa qoyuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə Ermənistan konyakına qadağa qoyuldu

Belarusun Dövlət Standartlaşdırma Komitəsi səkkizillik Ermənistanın “Yerevan 2800” konyakının ölkəyə idxalını, satışını və dövriyyəsini qadağan edib.

Axar.az APA-ya istinadən xəbər verir ki, qurumun reyestrində yer alan məlumata görə, yoxlama zamanı içkinin tərkibindəki aşılayıcı maddələrin miqdarının müəyyən edilmiş normadan xeyli aşağı olduğu aşkarlanıb. Bundan başqa, məhsulun uyğunluğunun qiymətləndirilməsinə dair sənədlərin qüvvədən düşdüyü bildirilib.

Ermənistanın Armavir bölgəsində fəaliyyət göstərən “MAP” QSC-nin istehsalı olan konyak təhlükəli məhsul kimi qiymətləndirilib və onun Gömrük İttifaqının texniki reqlamentlərinin tələblərinə cavab vermədiyi qeyd olunub.

Bundan əvvəl Rusiyada da bir sıra Ermənistan istehsalı şərab və konyakların məcburi tələblərə uyğun olmadığı əsas gətirilərək satışına məhdudiyyətlər tətbiq edilmişdi.

Tarix
2026.09.03 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla