Yuxarı

Almaniyada benzinin qiyməti tarixi maksimuma çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada benzinin qiyməti tarixi maksimuma çatdı

ABŞ-İran müharibəsinin yenidən alovlanması Almaniyada benzinin qiymətinin tarixi maksimuma yüksəlməsinə səbəb olub.

Axar.az xəbər verir ki, Alman Avtomobilçilər Klubunun (ADAC) məlumatına əsasən, “Super E10” markalı benzininin bir litrinin ölkə üzrə orta qiyməti ötən gün 2,215 avroya çatıb. Bununla da 2022-ci ilin martında qeydə alınmış əvvəlki rekord (2,203 avro) yenilənib.

Həftəlik müqayisədə də benzin bahalaşıb. “Super E10” markalı benzinin qiyməti əvvəlki həftə ilə müqayisədə 2,8 sent artaraq 2,183 avro olub. Dizelin bir litri isə 2,232 avroya ucuzlaşıb və həftə ərzində 1,6 sent aşağı düşüb.

ADAC hesab edir ki, Almaniyada yanacağın hazırkı yüksək qiymətini təkcə neft bazarındakı bahalaşma ilə izah etmək mümkün deyil və qiymətlər hələ də həddindən artıq yüksəkdir.

Tarix
2026.09.03 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla