Yuxarı

Tramp işdən qovduğu baş xəfiyyədən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp işdən qovduğu baş xəfiyyədən danışdı

O, göstərişi sevən və tribunalarda oynayan biri idi.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp yerli NBC televiziyasına vəzifədən uzaqlaşdırdığı Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi haqda danışarkən deyib.

“ABŞ Ədliyyə Nazirliyinin səlahiyyətliləri bu istiqamətdə mənə tövsiyə etməsələr belə, mən onu işdən azad etməli idim. Hazırda FTB-da qarışıqlıq hökm sürür. Amma Komiyə qarşı təzyiq edilməsi haqda iddialar tamamilə yanlışdır”, - deyə o bildirib.

Qeyd edək ki, Tramp Ceyms Komini FTB-ni effektiv idarə etməməkdə günahlandıraraq istefaya göndərib. Bu qərardan sonra ABŞ mediasında Kominin işdən çıxarılmasına səbəb kimi Trampın seçki prosesi zamanı Rusiya müdaxiləsi ilə bağlı yeni araşdırmalara başlamaq istəyi göstərilib.

Bundan sonra Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Konstantin Kosaçev çıxış edərək, Kominin işdən uzaqlaşdırılmasının Rusiya izi və Moskva-Tramp əlaqəsi haqda yayılmış iddialarla heç bir bağlılığının olmadığını bildirib.

Tarix
2017.05.12 / 10:26
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

AVP-nin növbəti qurultayı: Sədr o seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla