Yuxarı

7 yaşlı qızın meyiti tapıldı: əhali küçələrə axışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
7 yaşlı qızın meyiti tapıldı: əhali küçələrə axışdı

İranın Parsabad şəhərində itkin düşən yeddi yaşlı Atena Aslaninin meyiti bir ay axtarışdan sonra şübhəlilərdən birinin evinin qarajında tapılıb.

Axar.az İran mediasına istinadən xəbər verir ki, azyaşlının meyiti tibbi ekspertiza məqsədi ilə götürülüb. Rəsmilərin açıqlamalarına görə, hadisə ilə bağlı yaranan cinayət və axtarış qrupu bir ay gərgin fəaliyyətdən sonra hadisəni törədən şəxsi tapmağa müvəffəq olub.

Qeyd edək ki, bir ay əvvəl Atena Aslanı öz atasını görmək üçün evdən çıxıb. Həmin gündən azyaşlı qızın taleyindən xəbər almaq mümkün olmayıb. Hadisənin necə və nə məqsədlə törədilməsi barədə məlumat verilmir.

Qatilin tapılmaması Parsabadda əhalinin ciddi narazılığına səbəb olmuşdu. Atenanın meyiti tapılandan sonra əhali cinayətkarın ciddi şəkildə cəzalandırılmasını və edam edilməsini tələb edib. Dünən minlərlə Parsabad sakini küçələrə tökülərək hadisəni törədənə qarşı öz nifrətini bildirib. Şəhər polisi və baş prokuror əhalini sakitliyə çağırsa da, gecə saatlarına qədər əhali küçələrdə qalıb.

Tarix
2017.07.12 / 00:52
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla