Yuxarı

Türkiyəyə zərbə: ABŞ ermənilərin tələbini qəbul etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Türkiyə və Şimali Kiprdə yerləşən xristian mülkləri barədə qanun layihəsi qəbul edilib.

Axar.az xəbər verir ki, ABŞ Konqresində ötən həftə səsə qoyulması planlaşdırılan, ancaq Mosulda yaşanan böhran səbəbiylə qeyri-müəyyən bir tarixə təxirə salınan Türkiyədəki xristian mallarına dair 4347 saylı "Türkiyə Xristian kilsələrinin hesabat vermə Aktı" adlı qanun layihəsi erməni diasporunun təzyiqləri nəticəsində bu gün yenidən Konqresin gündəmində olub. Qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

Komitə üzvlərinin əksəriyyəti layihəni dəstəkləyərkən, Demokrat Partiyasının Virciniya millət vəkili Qerald Konolli və Nyu York millət vəkili Qriqori Miks layihəni sərt dillə tənqid edib. Layihənin yazılma formasının ABŞ və NATO-nun müttəfiqi Türkiyə ilə olan dostluğunu əks etdirmədiyini qeyd edən Konolli, Türkiyənin dini mülklərin qorunması istiqamətində atdığı müsbət addımların görməməzlikdən gəlindiyini söyləyib.

Tarix
2014.06.27 / 00:15
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla