"Rusiyanın hücum etmək təhlükəsi var və mən müharibəyə
hazırlaşıram".
Axar.az xəbər verir ki, bu açıqlama ilə Estoniya Prezidenti
Tomas Hendrik İlves çıxış edib.
O, rus ordusunun son bir neçə il ərzində xeyli dəyişdiyini
deyib:
"Rus ordusu son illər ərzində xeyli dəyişib. O, Gürcüstan
müharibəsində dərsini götürdü və indi daha cəld hərəkət edir.
Rusiyada tez-tez hərbi təlimlər keçirilir və indi Moskva
qoşunlarını daha müasir silahlarla təhciz edir. Ona görə Baltik
ölkələrinin düşüncələrini dəyişmək zamanı çatıb. Hazırda bizim
orduda peşəkarların sayı çox azdır. Bu Latviya və İsveçə də aiddir.
Yeni ehtiyat hazırlamaq lazımdır. Biz, finlər və yunanlar hələlik
Avropada sonuncu ölkələrik ki, ordu məcburidir. Nəzəri olaraq 30000
əsgər səfərbər edə bilərik. Profesionallığa gəlincə isə bir nəfər
belə tapmarıq".