Yuxarı

Qaçqınların sayı 500 mini ötdü: Rusiya təşvişdə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Köçkün xidmətinin (FMS) sədri Konstantin Romodanovski Ukraynada baş verən hadisələrdən sonra təxminən 500 min ukraynalının Rusiyaya gəldiyini açıqlayıb.

Axar.az xəbər verir ki, BMT-nin Köçkünlər üzrə bürosunun böyük komissarı Vinsent Koçetel ilə Moskvada bir araya gələn Romodanovski "Hazırda 490 min ukraynalı siyasi sığınacaq və qaçqın statusu almaq üçün hökumətə müraciət edib. Biz bütün bu insanların immiqrant statusu və ya müvəqqəti siyasi sığınacaq üçün müraciət etməməsinə ümid edirdik. Çox təəssüf ki, belə olmadı", - deyə məsələyə aydınlıq gətirib.

Bu arada Ukrayna ordusunun ölkənin şərq bölgəsində nəzarəti təmin etmək üçün başladığı əməliyyatlar davam edir. Hər iki tərəfdən onlarla insanın öldüyü bildirilən hücumlarda Rusiyanın hücum edəcəyi ilə bağlı iddiaları da səslənir.

Xatırladaq ki, Rusiyanın "Kommersant" qəzetinin rəsmi Kremldən olan mənbələrdən aldığı xəbərlərə görə, Rusiya Ukraynanın bəzi ərazilərinə hücum etmək üçün hazırlıq görür.

Tarix
2014.07.14 / 17:57
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla