Yuxarı

Terror təşkilatı ilk hədəfini göstərdi: Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terror təşkilatı ilk hədəfini göstərdi: Ərdoğan

Türkiyədə daha rahat terror aktı törətmək üçün "DHKP-C" terror təşkilatı Suriyadan düşərgə tələb edib. Əsəd ilə müzakirələrin davam etdiyi zamanda Ərdoğanın mühafizə komandasına 80 nəfərlik anti-terror dəstəsi əlavə edilib.

Yunanıstanda əvvəlki kimi rahat hərəkət edə bilməyən "DHKP-C" terror təşkilatı Suriyada fəaliyyət göstərmək üçün rəsmi Şamla müzakirələrə başlayıb. Təşkilat Əsəddən təlim üçün düşərgə istəyib. Əsədlə müzakirələr davam etdiyi zamanda "DHKP-C" terror təşkilatının Türkiyə sərhədlərinə yaxın düşərgədən Türkiyədə əks-səda doğuracaq terror-aktı törədəcəyi qeyd edilib.

"DHKP-C" terror təşkilatı bu qərara ona görə gəlib ki, Türkiyədə təşkil olunacaq terror-aktları üçün Avropadan silah-sursat gətirmək çətindir, Suriyada isə silah barəsində heç bir çətinlik yoxdur. Təşkilatdan onu da bəyan ediblər ki, Ankara və İstanbulda terror aktı törətməyə hazırlaşırlar. Təşkilatın ilk hədəfində Türkiyənin baş naziri Ərdoğanın olduğu öyrənilib. İkinci hədəfdə isə polis idarələrinin olduğu qeyd edilib.

80 nəfərlik anti-terror dəstəsi

"DHKP-C" terror təşkilatı Türkiyə polisini və hakim partiya AKP-ni hədəf göstərəndən sonra Dövlət Mühafizə Xidməti Baş naziri qorumaq üçün 80 nəfərlik özəl komanda qurub. Baş nazirin mühafizəçilərindən ayrı işləyən bu komanda ani hücumlara qarşı çox çevikdir. Terrorla mübarizə polislərindən yaradılan 80 nəfərlik özəl komanda növbə ilə Baş nazirliyin, AKP-nin binasını və baş nazirin Keçiörəndəki evini 24 saat qoruyur.

Tarix
2013.11.25 / 14:22
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla