Gürcüstanın "Rustavi 2" telekanalının sabiq baş
direktoru Erosi Kiçmarişvili Tiflisin Kipşidze küçəsində aldığı
güllə yaralarından dünyasını dəyişib.
Axar.az-ın Gürcüstan mediasına istinadən xəbərinə görə, bu
barədə onun mətbuat katibi xəbər yayıb. Vurğulanır ki,
Kiçmarişviliyə silahlı basqın edilib.
Gürcüstan Daxili İşlər Nazirliyi faktı təsdiqləsə də, onun
meyitini şəxsi avtomobilində tapdıqlarını deyiblər. Əlavə ediblər
ki, onun yanında tapança olub. Nazirlik ilkin versiya kimi intihar
halını göstərib.
Bu dəqiqələrdə Gürcüstan mediası yeni faktlar üzə çıxarıb. Belə
ki, əksər ekspertlər sabiq baş direktorun ölümünü sifarişli qətl
adlandırmağa başlayıblar. Həmin şəxslər vurğulayıb ki, Kiçmarişvili
son zamanlar yerli "Maestro" telekanalının Rusiyanın nəzarətinə
keçməyinə şərait yaratdığına görə sabiq Baş nazir Bidzina
İvanişvilini ciddi tənqid edirmiş.