Yuxarı

Rusiya Kubada hərbi baza açır: Soyuq müharibə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 1967-ci ildən istifadə etməyə başladığı və 2001-ci ildə tərk etdiyi Havana yaxınlığında yerləşən Lourdes elektron kəşfiyyat bazasından istifadə etmək üçün Kuba ilə razılığa gəlib.

Axar.az "Kommersant" qəzetinə istinadla xəbər verir ki, razılaşma Rusiya Prezidenti Vladimir Putinin məlum səfəri zamanı əldə olunub. Qəzet bildirir ki, Kubanın 35 milyard dollarlıq borcunun 32 milyardının Moskva tərəfindən silinməsinə səbəb də məhz hərbi bazanın Rusiyaya verilməsi razılığı olub.

Kuba lideri Kastro deyib ki, Moskva Lourdes bazası sayəsində Amerika ilə bağlı məlumatların 75 faizinə sahib ola biləcək. Texnologiyanın inkişafı nəticəsində Sovet İttifaqı zamanından fərqli olaraq, bazada 3 min yox, daha az adam çalışacaq.

"Ria Novosti" xəbər agentliyinə danışan hərbi ekspertlər Leonid İvaşov və İqor Korotçenko "ABŞ-ın iştahının" azaldılması üçün köhnə Sovet bazasının yenidən fəaliyyətə başlamasını düzgün addım kimi qiymətləndiriblər.

Qeyd edək ki, təmir xərcləri və ABŞ-ın təzyiqi ilə sıradan çıxarılan keçmiş Sovet İttifaqının bu ən böyük elektron kəşfiyyat bazası haqqında söhbətlər hələ iki il bundan əvvəl başlamışdı. Lakin o zaman ABŞ-ın sərt müdaxiləsi nəticəsində danışıqlarda hər hansı nəticə əldə olunmamışdı.

Hərbi ekspertlər Rusiya və ABŞ arasında Ukrayna böhranı və raketdən müdafiə sistemi gərginliklərinə "Kuba böranı"nın da əlavə olunacağını düşünür.

Tarix
2014.07.17 / 11:55
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla