Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
07:47
| Ana səhifə Planet |
|
Rusiyaya məxsus 4 Su-35C və bir radiolokasiya təyinatlı A-50U təyyarəsi Hmeymim aviabazasına gəlib.
Axar.az xəbər verir ki, bu barədə “Flaytradar24” saytı məlumat yayıb.
Sözügedən təyyarələr Tu-154M-in başçılığı altında əraziyə uçub. Bildirilib ki, təyyarələr marşrutu Xəzər dənizi, İran və İraq üzərindən seçib.
Qeyd edək ki, Rusiya aviasiyası Dəməşq yaxınlığında Şərqi Qutada Suriya hökumət qüvvələrini müxtəlif qruplaşmalara qarşı dəstəkləyir. Xüsusilə Su-24 və Su-34M-lərin fəaliyyəti burada diqqət çəkir.
Kreml rəhbəri Vladimir Putinin Hmeymimə səfəri zamanı verdiyi tapşırıqla A-50 təyyarəsi Suriyadan qayıtmışdı. Lakin fevralın əvvələrində “uçan radar”ın yenidən Suriya səmalarında göründüyü bəlli olub.
|
Tarix
2018.02.22 / 09:19
|
Müəllif
Kamran Ədalət
|