Yuxarı

Rus politoloqdan Soçi görüşü ərəfəsində ermənilərə ağır zərbə - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus politoloqdan Soçi görüşü ərəfəsində ermənilərə ağır zərbə - Foto

Kremlə yaxınlığı ilə seçilən Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü Sergey Markov ermənilərin iddialarını alt-üst edəcək açıqlama verib.

Axar.az xəbər verir ki, o, öz Feysbuk səhifəsində Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu, azərbaycanlıların əsrlər boyunca bu ərazilərdə yaşadığını və rəsmi Bakının hərbi potensialının zəbt olunmuş bölgələrini geri qaytarmağa bəs etdiyini vurğulayıb.

Markov bildirib ki, əksəriyyət Azərbaycan-Ermənistan təmas xəttində baş verənləri Ukrayna hadisələri ilə eyniləşdirməyə cəhd edir. O, bu yanaşmanı yanlış baxış adlandırıb:

"Azərbyacan müharibə istəmir, sadəcə, yaranmış vəziyyətdən yararlanaraq ona məxsus torpaqları – Şuşanı və digər rayonları geri qaytarmağa çalışır. Bu torpaqlar ermənilər tərəfndən zəbt olunub. Bu ərazilərdə daim azərbaycanlılar yaşayıb. 25 ildən çoxdur ki, Ermənistan bu torpaqları boş saxlayırlar və hesab edirlər ki, Dağlıq Qarabağın guya müstəqilliyini tanıdacaqlar. Amma Azərbaycan öz hərbi üstünlüyünü nümyiş etdirir. Hansı ki, son 15 il ərzində artan iqtisadiyyatı nəticəsində mükəmməl ordu quruculuğu siyasətini həyata keçirib. Müəyyən məqamlarda Ermənistanı dəstəkləyən Rusiya və ABŞ-ın hazırda başı başqa problemlərə ,Ukraynadakı hadisələrə qarışıb. Ermənistan isə heç yada düşmür".

Xatırladaq ki, Rusiya prezidentinin iştirakı ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Hakim dairələrə yaxınlığı ilə seçilən Markovun belə bir fikirlərlə çıxış etməsi müəyyən mətləblərdən xəbər verir.

Tarix
2014.08.05 / 10:47
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla