Yuxarı

Alimlər ayın necə formalaşdığını tapdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlər ayın necə formalaşdığını tapdı

Alimlərin apardıqları yeni tədqiqatlar müəyyən edib ki, müasir Ayın formasına iki faktor təsir edib.

Axar.az tədqiqata əsasən xəbər verir ki, birinci faktor - dörd milyard il əvvəl göy cisimlərinin erkən təkamül mərhələsində başlayıb və iqlimin soyuqlaşması nəticəsində Yerin peykinin möhkəm üst təbəqəsinin əmələ gəlməsi ilə bağlıdır: bərkimiş xarici təbəqə əridilmiş mantiyada üzür və peykin fırlanması qütblərdə yastılanmış, ekvatorda isə dartılıb uzadılmış göy cisminin xarakterik forma almasına gətirib çıxarır.

Alimlərin xüsusi diqqət ayırdıqları ikinci proses Yerin cazibə qüvvəsinə əsaslanan qabarma hadisələri ilə bağlıdır. Bu hadisələr peykin daxilində qabarma dalğalarının yaranmasına və özünü göy cisminin ekvatorial hissələrindəki qabarmalarda büruzə verən daxili laylarının arasında sürtünməyə səbəb olur.

İki proses – soyuqlaşma və üst təbəqənin bərkiməsi istilik yaradan qabarma dalğalarının yaranması ilə birlikdə Yerin süni peykinin indiki formanı almasına gətirib çıxarıb. Alimlər hesablayıblar ki, Ayın coğrafi simmetriya oxunun onun ağırlıq mərkəzindən keçən oxdan uzaqlaşması təxminən 30 dərəcə təşkil edir və Ayın istiqamətinin dəyişilməsinə təsir göstərir.

Ay səthinin müxtəlif cinsli olması planetoloqlar üçün xüsusi çətinliklər yaradıb. Çünki kraterlər olan sahələrdə onun qalınlığı dəyişkəndir. Yerin süni peyki atmosferin, demək olar ki, yoxluğundan dörd milyard il boyunca Ayın səthinin səciyyəvi coğrafiyasını formalaşdıran asteroidlər üçün çox kövrək, zəif bir məkandır.

Alimlərin işi Ayın müasir formasının ən erkən tarixini, Yerin cazibə qüvvəsinin və onunla əlaqədar olaraq peyk orbitinin təkamülünün təsirini aydınlaşdırmağa imkan verir. Bununla belə, Ayın Yerdən görünən tərəfi ilə görünməyən tərəfinin quruluşu arasındakı fərqi öyrənmək hələ qarşıda duran məsələlərdəndir.

Tarix
2014.08.19 / 03:07
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla